FİFA prezidentinin yeni ideası
09.09.2014 - 00:15
FİFA prezidentinin yeni ideası

FİFA prezident Yozef Blatter yaxın gələcəkdə futbolda dəyişiklik etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, ali futbol qrumunun rəhbəri tennis, voleybol və Amerika futbolunda olduğu kimi, video görüntü sistemini də sözügedən idman növündə tətbiq etmək istəyir.

 

Sxemin mahiyyəti onunla nəticələnir ki, hər komandanın məşqçi heyəti hər hansı mübahisəli epizoda video görüntü ilə baxa bilər. Bu, hakimlərim ilkin qərarınından sonra olacaq. Referinin fikiri ilə razılaşmayan məşqçi xüsusi monitor vasitəsi ilə video görüntüdən istifadə edəcək.

 

Blatter 2015-ci ildə Yeni Zelandiyada keçiriləcək gənclər arasında dünya çempionatında bu sistemdən istfadənin mümkünlüyünü dilə gətitib.