Türkiyə ikinci liqasında iştirak edən “Ankaragücü” ağır sanksiyaya məruz qalıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, paytaxt klubunun xalları silinəcək.
“Ankaragücü” 2011-ci ildə Superliqada mübarizə apararkən transfer etdiyi Yaroslav Çernı müqaviləsi birtərəfli pozulduğu üçün FİFA-ya şikayət etmişdi. Çexiyalı futbolçunun müraciəti ilə bağlı, nəhayət ki, bu gün yekun qərar verilib. Ali futbol qurumu Çernını haqlı hesab edərək, 104 illik tarixi olan “Ankaragücü”nün 6 xalının əlindən alınmasını qərara alıb. Bu qərara görə, Ankara təmsilçisi 2015/16 mövsümünə -6 xalla başlayacaq.
Qeyd edək ki, Çernı 2011-ci ildə keçdiyi “Ankaragücü”də cəmi 2 oyun keçirə bilmişdi.