FİFA Apelyasiya Məhkəməsi Uruqvayın “İnstitukion” klubuna verilən transferlərə qadağa cəzasını qüvvədə saxlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun məhkəməsi Cənubi Amerika təmsilçilərinin etirazına rədd cavabı verib.
Qeyd edək ki, “İnstitukion” klubu və Argentinanın 4 komandası - “Kordoba”, “İndependiente” “Rasinq” və “Rosario” transferdə qoyulan qadağalara məhəl qoymadıqları üçün FİFA-nın intizam heyəti tərəfindən cəzalanıblar.
Yanvar ayından etibarən uruqvaylılara yalnız iki transfer etmə hüququ verilib və əlavə də 40 min İsveçrə frankı ilə cərmələniblər. “Kordoba” ilə “İndependiente” 50, “Rasinq” 20 və “Rosario” 15 minlə canlarını qurtarıb.