Hollandiyada ilin ən yaxşı baş məşqçisi Filip Koku seçilib. Apasport.az saytının məlumatına görə, PSV – yə bu mövsüm erkən çempionluq qazandıran mütəxəssis peşəkar məşqçilərin seçiminə görə ilin ən yaxşısı olub.
2013-cü ildə komandaya baş məqşçi təyin olunan Koku uğursuz keçən ilk ilin ardından klubu bu mövsüm “Ayaks”ın önündə 10 xal fərqlə çempion edib.
22-ci dəfə çempion olan eyndhovenlilər ən son 2008-ci ildə bu sevinci yaşamışdı.
Hollandiyada 2003/04 mövsümündən etibarən verilməyə başlanan Rinus Mişel adına mükafatı Quus Hiddink, Lui Van Qal, Ronald Kuman kimi tanınmış mütəxəssislər də qazanıb.
Son iki mövsümdə mükafatı “Ayaks”ın baş məşqçisi Frank De Bur qazanıb.