“Filippin millisinə çağırılmağımla fəxr edirəm. Malayziya və Azərbaycanla qarşılaşmalarda bu ölkəni təmsil edəcəyim məni çox sevindirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin yığmasının futbolçusu Martin Steubl deyib.
26 yaşlı isveçrəli yarımmüdafiəçi bu yaxınlarda Asiya təmsilçisinin şərəfini qorumağa qərar verib.
Anasının vətənini təmsil edəcək Martin martın 1-də Kuala-Lumpurda Malayziya, 4 gün sonra Dubayda Azərbaycanla qarşılaşacaq Filippin yığmasına çağırılan 22 nəfərlik heyətdə yer alıb. Steubl özü üçün yeni komandada debütü haqda danışıb: “Bu görüşləri səbirsizliklə gözləyirəm. Çünki yığmada ilk rəsmi oyunum olacaq. Təlim-məşq toplanışında bu komandanın formasını geydim. Kuala-Lumpur və Dubayda yenidən bu hissələri yaşamaq imkanı əldə etdiyim üçün şadam. Hələ ki, məşqçimizdən çox şey öyrənməliyik. Düşünürəm ki, doğru yolla irəliləyirik”.
Qeyd edək ki, İsveçrə “Qrasshoppers”inin yetirməsi olan Martin bu ölkənin aşağı dəstə klubu “Vil”də çıxış edir.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”