Filippinli qardaşlar millimizə qarşı oynaya bilməyəcək
27.02.2014 - 12:42
Filippinli qardaşlar millimizə qarşı oynaya bilməyəcək

Filippin millisi zədə problemindən qurtula bilmir. Apasport.az saytının məlumatına görə, cənub-şərqi asiyalıların bu dəfə Yanqhazbend qardaşlarının xidmətindən yararlana bilməyəcəyi ortaya çıxıb.

 

Belə ki, Filippin millisinin Almaniya doğumlu amerikan baş məşqçisi Tomas Dulinin sağ cinah yarımmüdafiəçisi Ceyms və hücumçu Fil Yanqhazbendlərdən yararlana bilməməsinin səbəbi qardaşların çıxış etdikləri “Loyola Meralko Sparks” klubunun Filippin çempionatındakı oyunlarının birində zədə almasıdır. Onlar Malayziya və yığmamızla oyunlara çağırılsa da, həmin futbolçuların 100 faiz meydana çıxmayacağı bildirilir.

 

Qeyd edək ki, kiçik qardaş olan Filip Ceyms Yanqhazbend yığmasının bombardiridir. 26 yaşlı hücumçu 2006-cı ildən çıxış etdiyi yığmasında 53 oyun keçirib və 34 qola imza atıb.