Firudin Qurbanov federasiya prezidenti seçilib
18.05.2015 - 15:59
Firudin Qurbanov federasiya prezidenti seçilib

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Tələbə Futbol Federasiyasının növbədənkənar Konfransı keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, konfransda Tələbə Futbol Federasiyasının prezidenti seçilib.

 

Bu vəzifəyə Təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov təyin edilib.