“İtaliyaya zədəmi sağaltmaq üçün yollanmışdım. Orada istifadə olunan tibbi avadanlıqlar müalicənin daha sürətli aparılmasına imkan verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo deyib.
Zədəsinin müalicəsi ilə bağlı İtaliyaya səfər edən braziliyalı yarımmüdafiəçi geri qayıtdıqdan klubun rəsmi saytına açıqlama verib. “Neftçi”nin kapitanı hazırki durumundan da danışıb: “Burada qalsaydım, azı 20 gün müalicə olunmalıydım. İndi isə komandanın düşərgəsindəyəm və fərdi məşq edirəm. Çox güman ki, “Sumqayt”la oyunda meydanda olmayacağam. Sonrakı turlarda isə formamı tam bərpa edib komandama kömək edəcəm”.
Qeyd edək ki, “Neftçi” I dövrənin son iki oyununda əvvəl “Sumqayıt”, sonra “İnter”lə qarşılaşacaq.