Flavinyo qayıtdı, Vobay oynadı
13.10.2014 - 12:14
Flavinyo qayıtdı, Vobay oynadı

“Neftçi” Topaz Premyer Liqasının VIII turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, artıq komandanın kapitanı Flavinyo da “ağ-qaralar”ın məşqlərinə qatılır. Lakin İtaliyadakı müalicəsini başa vuraraq geri qayıdan braziliyalı hələlik fərdi hazırlıq keçir.

 

Paytaxt təmsilçisinin digər yarımmüdafiəçisi Julius Vobay isə Syerra-Leone millisində növbəti oyununu keçirib. Legioner Afrika Millətlər kubokunun seçmə mərhələsinin Kamerunla matçında (0:0) start heyətində meydana çıxıb və son dəqiqədə əvəzlənib.