Floren Maluda “Dinamo”ya keçir
27.06.2015 - 19:08
Floren Maluda “Dinamo”ya keçir

Fransa milli komandasının keçmiş futbolçusu Floren Maluda karyerasını Hindistanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi ilə Dehlinin “Dinamo” komandası maraqlanır.

 

Qeyd edək ki, Maluda karyerası ərzində “Lion”, “Çelsi”, “Trabzonspor” kimi klubların formalarını geyinib.

 

O, Fransa milli komandası ilə meydana çıxıdığı 80 oyunda 9 dəfə qol sevinci yaşayıb.