“Real”ın prezidenti Florentino Peres Madriddə xüsusi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun rəhbəri komandanın baş məşqçisi Karlo Ançelottinin növbəti mövsüm gedəcəyi ilə bağlı suala cavab verməyib.
Peres italiyalı çalışdırıcının qalacağını deyib: “Mən bu haqda suala cavab vermək istəmirəm. Ançelotti direktorlar şurası və prezidentin etibarını qazanıb. Nə olursa, olsun o, “Real”da qalacaq”.
Qeyd edək ki, İspaniya mətubatında son günlər uğursuz çıxış edən “Real”ın çalışdırıcısı Karlo Ançelottinin madridlilərdən göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb. Bəzi məlumatlara görə, onun gedişi mövsüm sonuna yaxın ola bilər. Hətta bildirilirdi ki, "Real" artıq italiyalıdan 22 martda planlaşdırılmış “Barselona” ilə matçdan sonra da ayrılmağa çox yaxındı.