AVRO-2016-nın seçmə mərhələsinin 2:1 hesabı ilə uduzduğumuz İtaliya ilə oyunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts üçün əlamətdar olub. Apasport.az saytının məlumatlına görə, bu görüş millimizin 68 yaşlı almaniyalı çalışdırıcısı üçün postunda 70-ci oyunu kimi tarixə düşüb.
2008-ci ilin yazından yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 69 qarşılaşmada komandanın “sükanı arxasında” olub. Həmin görüşlərdə futbolçularımızın 15 qələbəsi, 22 heç-heçəsi və 32 məğlubiyyəti var. Foqts 55 qolun sevincini yaşayıbsa, rəqiblər isə millimizin qapıçılarını 96 dəfə məyus edib.
Bu dəfə almaniyalı 33-cü məğlubiyətə üzülüb və onun rəhbərliyi altında komandamız 98-ci topu tordan çıxarıb.
Bundan əvvəlki 3 seçmə mərhələdə də komandamıza rəhbərlik edən Foqts 32 belə qarşılaşmada iş başında olub. O, seçmə oyunlarında 4 qələbə, 9 heç-heçə və 19 məğlubiyyətə üzülüb. Əgər komandamız uduzmasa, yubileyə yubiley qatmış olacaq. Foqtsun yetirmələri seçmə mərhələlərdə 23 qol vurub, 55-ni buraxıb.