AVRO-2016-nın seçmə mərhələsinin İtaliya ilə sabah keçiriləcək oyunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatlına görə, bu görüş millimizin 68 yaşlı almaniyalı çalışdırıcısı üçün postunda 70-ci oyunu kimi tarixə düşəcək.
2008-ci ilin yazından yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 69 qarşılaşmada komandanın “sükanı arxasında” olub. Həmin görüşlərdə futbolçularımızın 15 qələbəsi, 22 heç-heçəsi və 32 məğlubiyyəti var. Foqts 55 qolun sevincini yaşayıbsa, rəqiblər isə millimizin qapıçılarını 96 dəfə məyus edib.
Bundan əvvəlki 3 seçmə mərhələdə də komandamıza rəhbərlik edən almaniyalı 31 belə qarşılaşmada iş başında olub. Foqts seçmə oyunlarında 4 qələbə, 9 heç-heçə və 18 məğlubiyyətə şahid olub. Əgər komandamız uduzmasa, yubileyə yubiley qatmış olacaq. Qələbə 5-ci, yubiley 10-cu kimi tarixə düşəcək. Onun yetirmələri seçmə mərhələlərdə 22 qol vurub, 53-nü buraxıb.