Foqtsun Hannover xatirəsi
09.09.2014 - 12:57
Foqtsun Hannover xatirəsi

AVRO-2016-nın seçmə mərhələsində ilk oyununa çıxacağı gün Azərbaycan millisi üçün tanış tarixdi. Apasport.az saytının məlumatına görə, yığmamız əvvəllər də sentyabrın 9-da meydana çıxıb.

 

Buna indiyədək yalnız bir dəfə təsadüf olunmuşdu. Komandamız cəmi 5 il əvvəl DÇ-2010-un seçmə matçına çıxmışdı.

 

Elə indiki baş məşqçi Berti Foqtsun rəhbərliyi altında Almaniya ilə görüşən komandamız Hannover şəhərinin qonağı olmuşdu. Lakin 68 yaşlı mütəxəssis vətənində həmyerliləri görüşdən xoş xatirələrlə ayrılmamışdı. Bundestim Azərbaycan yığmasını 4 cavabsız qolla məyus etmişdi.