Fransa "div"ləri 20 yaşlı rusu istəyir
21.06.2015 - 22:44
Moskva “Dinamo”sunun hücumçusu Andrey Panyukov Fransa klublarının hədəfinə düşüb. Apasport.az saytının məlumatına görə, ötən mövsümü icarə əsasında Litva “Atlantas”ında keçirən 20 yaşlı hücumçu uğrunda “Monako”, “Marsel” və “Lill” mübarizə aparır.
Bu barədə futbolçunun agenti Kristof Yuto açıqlama verib.
Xatırladaq ki, Panyukov geridə qalan mövsümdə Litva birinciliyində meydana çıxdığı 15 oyunda 17 qola imza atıb.
0
0