Fransa prezidenti terrordan sonra ilk dəfə stadionda
29.03.2016 - 21:18
Fransa prezidenti Fransua Olland komandaya Rusiya ilə yoldaşlıq oyununda stadiondan dəstək olacaq. Apasport.az saytının məlumatına görə, bu barədə “L`Equipe” nəşri xəbər yayıb.
Bu, ölkə prezidentinin 13 noyabrdakı terror hadisəsindən sonra ilk stadion səfəri olacaq.
Qeyd edək ki, həmin tarixdə Almaniya ilə oyun zamanı terror təhlükəsi ilə prezident “Stad de Frans”dan çıxarılmışdı.
Fransa – Rusiya matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0