Freddi Quarin: Bu qələbənin dəyəri çox yüksəkdir
03.10.2014 - 11:28
Freddi Quarin: Bu qələbənin dəyəri çox yüksəkdir

“Vacib və gərgin qarşılaşma oldu. “Qarabağ”la oyundakı qələbənin dəyəri bizim üçün çox yüksəkdir. Bu qalibiyyətdən sonra bir az rahatlaşdıq”. Apasport.az xəbər verir ki, bu sözləri İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Freddi Quarin deyib.

 

Avroliqanın qrup mərhələsinin II turunda doğma meydanda “Qarabağ”ı qəbul edən Milan təmsilçisinin futbolçusu matç haqqında danışıb. O bildirib ki, 2:0 hesabı ilə qalib gələn “İnter” vəziyyətini düzəldir: “Komandamız yavaş-yavaş özünə gəlir. Son məlum məğlubiyyətdən sonra futbolçularda psixoloji durum çox pis idi. Bunu aradan qaldırmalıydıq. Xarakter nümayiş etdirib, Azərbaycan klubunu 2:0 hesab ilə udduq. Bizim Avroliqanın qrup mərhələsindən çıxmaq üçün şanslarımız yüksəkdir və deyərdim ki, digər 3 rəqiblərimizdən daha çoxdur. Amma futbolda əvvəlcədən proqnozlar hər zaman doğru olmur. Ümid edək və gözləyək. İndi isə Avroliqanı unutmaq lazımdır. Artıq “Fiorentina”nı düşünürük”.