Hazırda “Mançester Siti”də çıxış edən, yaydan etibarən isə ABŞ-ın “Nyu-York Siti” klubuna keçəcək Frenk Lempardın nə qədər qazanacağı bəlli olub. Apasport.az saytının məlumatına görə, İngiltərə milli komandasının keçmiş oyunçusu okeanın o tayında illik 6 milyon dollar və üstəlik də marketinq gəlirlərindən xüsusi bonus qazanacaq.
Bu müqaviləyə əsasən Lempard da MLS-də çıxış edən ən yüksək ödənişli futbolçuların sırasına qoşulacaq. Bu sıraya 6 milyon və daha artıq qazanan futbolçular, Lempardın gələcək komanda yoldaşı David Vilya, “Orlando Siti”dən Kaka və “Los Anceles Qalaksi”yə transfer olunmuş Cerard da daxildi.