Futbolçu özü açıqladı: “Atletiko” ilə razılığa gəlmişik
27.06.2015 - 19:46
Kolumbiya milli komandasının və “Porto”nun hücumçusu Cekson Martinezin “Atletiko”ya keçidi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü məlumat verib.
Amerika Kubokunda Argentina ilə oyundan sonra açıqlama verən hücumçu Madrid klubu ilə razılığa gəldiklərini bildirib:
“Atletiko” ilə razılığa gəlmişik. Bundan sonrakı 4 ili Madriddə keçirəcəm. Keçidin rəsmi olaraq nə vaxt açıqlanacağını bilmirəm”.
Qeyd edək ki, 2012-ci ildən bəri “Porto” forması geyinən kolumbiyalı hücumçu “əjdahalar”la meydana çıxdığı 132 oyunda 92 qola imza atıb.
0
0