Topaz Premyer Liqasının XIII turunda Bakıda “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, komanda bu gün saat 17:00-da “Dalğa Arena”da məşqə çıxıb.
Hazırlıq prossesinə başlamamışdan əvvəl klub prezidenti Mais Mənsimov meydançada futbolçularla qısa toplantı keçirib. O, “İnter”lə oyundakı məğlubiyyət barədə qısa fikir bildirib, komanda üzvlərinə olan iradlarını çatdırıb və “Neftçi” ilə matçın əhəmiyyətindən danışıb. Mənsimov bu qarşılaşmada qazanılacaq uğura bütün camiənin ehtiyacı olduğunu dilə gətirib.
Futbolçular da öz növbələrində klub prezidentinə “Neftçi” ilə görüşdə qələbə sözü veriblər.
Daha sonra zədəlilər Rauf Əliyev və Adrian Sakarlatake istisna olmaqla, bütün komanda məşqə başlayıb. Zədədən qurtulan Ağabala Ramazanov isə hazırlıq prossesində iştirak edib.
12cioyuncu.info
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı