Türkiyənin I dəstəsində V tura start verilib. Apasport.az saytının məlumatına görə, dünən keçirilən yeganə matçda Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” doğma meydanda Ayaz Mehdiyevin məxsus olduğu “Girəsunspor”u qəbul edib.
Futbolçularımıza yenə meydanda üz-üzə gəlmək qismət olmayıb. Belə ki, Rail sonadək ehtiyatda qalıb. Daha çox “Girəsunspor”un U-21 komandasında çıxış edən Ayaz isə yenə “18-liy”ə daxil edilməyib. Qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, hələ ki yenilgi üzü görməyən 4 komandadan biri olan “Dənizlispor” 7 xalla V pilləyə yüksəlib. Qələbəsi olmayan 4 komandadan biri olan “Girəsunspor” isə xalını 4-ə qaldırmaqla X pillədə məskunlaşıb.