Futbolçularımızın meydana çıxacağı vaxt bəlli oldu
09.10.2014 - 21:53
Futbolçularımızın meydana çıxacağı vaxt bəlli oldu

Türkiyə kubokunda III turun oyunlarının tarixi və vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, PTT I liqasında çıxış edən futbolçularımız oktabrın 28, 29, 30 və noyabrın 5 də mübarizə aparacaqlar.

 

Öncə Türkiyədəki təmsilçimiz Ayaz Mehtiyevin şərəfini qoruduğu “Girəsunspor” “Bayrampaşa” ilə oktyabrın 29-da qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Həmin gün 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Temeltaşın formasını geyindiyi "Altınordu" da səfərdə “Ofspor”la üz-üzə gələcək. Bu matç isə Azərbaycanlı yarımmüdafiəçi Vaqif Cavadov və Rəhman Hacıyevin formasını geyindiyi “Qaziantep BB” ilə “Yeni Aksarayspor”un görüşü ilə eyni saatda - 17:00-da start verəcək.    

 

Yalnız yığmamızın sabiq üzvü Branimir Subaşiçin komandası “Manisaspor”un “Zonquldak Kömürspor”la qarşılaşması noyabr ayının 5-də baş tutacaq.

 

 29 oktyabr 

15:00 “Bayrampaşa” - “Girəsunspor”

17.00 “Altınordu” – “Ofspor”

17.00 “Qaziantep BB” - “Yeni Aksarayspor”

 

5 noyabr

17.00 “Manisaspor” – “Zonquldak Kömürspor”