Yığmamızın futbolçusu Almaniyada qələbə qazandı
22.03.2015 - 01:28
Almaniya II Bundesliqasında XXVI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığma komandamızın futbolçusu Tuğrul Eratın komandası "Fortuna" təsnifat turunda "Darmstadt"ı qəbul edib.
Hər hissədə bir qol vuran "Fortuna" qarşılaşmadan 2:0 hesablı qalibiyyətlə ayrılıb. Düsseldorf klubunun heyətində hər iki qolu Venşop (44, 66) vurub. Milliləşdirilmiş futbolçumuz 69-cu dəqiqədə komanda yoldaşı Bebounu əvəzləyib və son 21 dəqiqəni meydanda keçirib.
Qeyd edək ki, bu qələbədən sonra "Fortuna" xallarının sayını 39-a çatdırıb və turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
0
0