Futbolçumuz izlədi, komandası lideri məyus etdi
25.02.2014 - 05:55
Futbolçumuz izlədi, komandası lideri məyus etdi

Ötən gün Türkiyə Superliqasında XXII turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Elazığspor” doğma arenada lider “Fənərbaxça” ilə üz-üzə gəlib.

 

Okan Burukun yetirmələri “sarı-lacivərdlilər”i İstanbula məyus göndərib. Belə ki, fasiləyə (1:0) qalib yollanan “qakqoşlar” rəqibin 83-cü dəqiqədəki qoluna mane ola bilməyiblər və meydandan 1:1-lik heç-heçə ilə ayrılıblar. Müdafiəçimizin adı bu matçın iştirak ərizəsində yer alsa da, o, sona qədər ehtiyatda qalıb.

 

Qeyd edək ki, “Elazığspor” hazırda 23 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.