Gənc hollandla "Mançester Yunayted" və PSJ maraqlanır
19.04.2015 - 18:46
Gənc hollandla "Mançester Yunayted" və PSJ maraqlanır

“Mançester Yunayted” və PSJ hollandiyalı hücumçu Memfis Depayı rənglərinə bağlamaqda israrlıdı. Apasport.az saytının məlumatına əsasən, PSV klubunun baş məşqçisi Marsel Brands gənc futbolçu üçün həmin komandaların ublardan təkliflər gəldiyini bildirib.

 

Çalışdırıcı “Fox Sport”a müsahibəsində bir neçə nəhəng klubun hollandiyalı ilə maraqlandığını açıqlayıb: “İndi onunla PSJ maraqlanır, “Mançester Yunayted”dən telefon bağlantısı olub . Əlbəttə ki, qərar verəcək  şəxs odu. Bu baş verəcəksə, klublardan biri ilə anlaşmaq mümkündü”.

 

Qeyd edək ki, Depay cari mövsümdə vaxtından əvvəl çempionluq sevinci yaşayıb. Onun hazırkı komandası PSV Hollandiya çempionatının son oyununda “Herenven”i məğlub etməklə (4:1) istəyinə çatıb.