Georgi Çixradze: Bunun oyuna təsiri oldu
18.03.2015 - 17:53
Georgi Çixradze: Bunun oyuna təsiri oldu

“Erkən qol vurduq. Bunun oyuna təsiri oldu. Ardınca 2-ci qolu vurmağı da bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXVI turunun “Bakı” ilə səfər oyununu haqda fikirlərini açıqlayıb. Çixradze 3:0 hesablı qələbədə erkən qolun təsirini vurğulayıb: “Matça 2 hücumçu ilə çıxmışdıq. Yəni planımız qol vurmaq idi. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Millinin oyunları ilə əlaqədar olaraq, fasilə yaranacaq. Biz 2,3 gün istirahət etdikdən sonra bir araya gəlib, yoxlama görüşü keçirəcəyik”. 

 

Mənbə: pfl.az