Gökdəmir “Qəbələ”yə qarşı oynaya bilməyəcək
13.09.2014 - 11:45
Gökdəmir “Qəbələ”yə qarşı oynaya bilməyəcək

“Simurq” “Qəbələ” ilə oyunda millimizin futbolçusu Əli Gökdəmirin xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının xəbərinə görə, Almaniya doğumlu futbolçu zədəlidir.

 

Belə ki, 4 gün sonra 23 yaşını qeyd edəcək Gökdəmir “Simurq”un dünənki məşqində komandadan ayrı çalışıb. Belində ağrıları olan futbolçu və eləcə də dizindən əməliyyat olunan Vüqar Mustafayev fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında çalışmaları davam etdirib.

 

Qeyd edək ki, Zaqatalada keçiriləcək “Simurq” – “Qəbələ” qarşılaşması bu gün saat 19:00-da başlayacaq.