Gürcüstan toplanışında 5-ci gün
08.10.2014 - 00:23
Gürcüstan toplanışında 5-ci gün

Topaz Premyer Liqası təmsilçisi “İnter” Gürcüstanda təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, toplanışın 5-ci günündə “bankirlər” məşq prosesinə fiziki hərəkətlərlə başlayıb.

 

Sonra paytaxt klubunun futbolçuları  topa nəzarət tapşırıqlarını yerinə yetiriblər. Məşq prosesi ikitərəfli oyun keçirməklə başa çatıb.

 

Qeyd edək ki, “İnter” bu gün səhər məşqinə çıxacaq.

0