“Rəvan” klubu baş məşqçisi Güvənç Kurtarla yollarını ayırır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün Topaz Premyer Liqasının XXIV turunda AZAL-a qalib gələ bilməsə, türkiyəli çalışdırıcı böyük ehtimalla istefaya göndəriləcək.
Qış fasiləsində baş məşqçi postunda Şahin Diniyevi əvəzləyən Kurtar rəhbərliyin ümidini doğrultmadığı üçün yola salınır.
Belə ki, “Rəvan” onun rəhbərliyi altında çıxdığı 5 görüşdən 3-də uduzub, 2 dəfə isə heç-heçə edib. Üstəlik, komandanın sərgilədiyi futbol uğurlu gələcək vəd etmir.
Artıq Kurtarı əvəzləyəcək çalışdırıcının kimliyi də bəllidir. Bu, Vladislav Qədirovdur. Türkiyəlinin istefasından sonra yerli mütəxəssisin “Rəvan”a 4-cü dönüşü rəsmiləşəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasında cari mövsümün II turundan sonra “Rəvan”ın baş məşqçisi postunda Ramil Əliyevi əvəzləyən Qədirovun paytaxt klubuna 3-cü dönüşü də uğursuz olmuşdu.
O, 7 turdan sonra Şahin Diniyevlə əvəzlənmiş, millimizin sabiq çalışdırıcısı isə qış fasiləsində “sükan”ı Kurtara vermişdi.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”