“Yenidən öz evimə qayıtmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” ilə 1 illik rəsmi müqavilə imzalayan Jaba deyib.
Braziliyalı futbolçu klub prezidenti Hafiz Məmmədovla görüşüb.
O, göstərilən etimada görə paytaxt təmsilçisinin rəhbərliyinə minnətdarlıq edib: "Bakı" buradan getdiyim vaxtlarda da həmişə ürəyimdə olub. Çox sevinirəm ki, yenidən buradayam. Klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam".
Qeyd edək ki, görüş zamanı Hafiz Məmmədov yenidən Jabanı “Bakı”da görməkdən məmnun olduğunu bildirib. Klub prezidenti vurğulayıb ki, Jaba “Bakı” üçün çox vacib oyunçudur. Gənc futbolçular ondan çox şey öyrənə bilərlər.