ABŞ milli komandasının və MLS liqasında çıxış edən “Sietl Saunders”in futbolçusu Klint Dempsi 6 oyunluq cəzalandırılıb. Apasport.az-ın ABŞ Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, hücumçunun “Portlend Timbers”lə oyunda etdiyi hərəkət ona baha başa gəlib.
Belə ki, oyunun gedişində ona göstərilən sarı vərəqəni qəbul edə bilməyən futbolçu hakimin qeyd dəftərçəsini əlindən alaraq cırıb. Matçın hakimi isə öz növbəsində ikinci vərəqə ilə Dempsini oyundan xaric edib.
Bu hərəkətinə görə federasiya tərəfindən 6 oyunluq cəzalandırılan futbolçuya həm də pul cəzası kəsilib. Hələlik cəzanın məbləği açıqlanmır.