Türkiyə çempionatının I liqasında XXVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, aşağı dəstədə çıxış edən 4 azərbaycanlı futbolçudan heç biri meydana çıxmayıb.
Belə ki, Branimir Subaşiç “Orduspor”un, Saşa Yunisoğlu “Dənizlispor”un, Ufuk Budak “Qaziantep BB”nin, Davud Kərimi “Fərhiyyəspor”un oyununda “18-liy”ə də daxil edilməyib. Futbolçularımızın yoxluğunda yalnız Dənizli təmsilçisi qalib gəlib. Bu komanda “Mersin İdman Yurdu”nu məğlub edib – 2:1. Qazianteplilər “Ankaraspor”la məhsuldar heç-heçə edib – 3:3. Branimirlə Davudin komandası da hərəyə 1 xal qazanıb – 2:2.
Qeyd edək ki, 28 turdan sonra “Orduspor” 3-cü, “Dənizlispor” 12-ci, “Qaziantep BB” 16-cı, “Fəthiyyəspor” 17-ci pillədə qərarlaşıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”