“Qalatasaray”ın baş məşqçisi Hamza Hamzaoğlu bu gün “Əskişəhərspor”la oyunda komandasını meydana çıxarmaqla yubileyini qeyd edib. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin dekabrından “cim-bom”a rəhbərlik edən mütəxəssis bütün turnirlər daxil olmaqla komandasına 50-ci dəfə meydana çıxarıb.
Bu oyuna qədər Türkiyə Superliqasında 32, Kubokda 12, Çempionlar Liqasında 4 və Super Kubokda bir oyunda komandaya rəhbərlik edən mütəxəssis bu qarşılaşmalarda ümumilikdə 32 qalibiyyət, 9 bərabərlik və 8 məğlubiyyət alıb.
Hamzaoğlu 11 ay ərzində “Qalatasaray”la ölkə çempionu, ölkə kubokunun və super kubokun qalibi olub.