Havard Nortveyt: Azərbaycan aqressiv oynadı
17.11.2014 - 00:28
Havard Nortveyt: Azərbaycan aqressiv oynadı

“Çox ağır oyun oldu. Azərbaycan yığması da yaxşı komandadı. Rəqib aqressiv oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Havard Nortveyt deyib.

 

24 yaşlı oyunçu AVRO-2016-nın seçmə mərhələsinin IV turunda yığmamızla matçda vurduğu yeganə qoldan danışıb: “Çox şadam ki, fərqlənməklə, komandama 3 xal qazandırdım. Lakin əsas olan millidi və biz bu gün komanda şəklində mübarizə aparıb, istəyimizə çatdıq. İlk hissədə hesabı açmaq planımızda var idi. Elə buna da nail olduq. Qol vurduq və müdafiədə də pis çıxış etmədik. Qarşılaşmadan sonra çox sevinc içində idik. Çünki Bakıda qazandığımız qələbəsən sonra qrupda xalımız 9 oldu”.

 

Qeyd edək ki, Havard Nortveyt matçın 25-ci dəqiqəsində hesabı açıb.