Xavi: Heç kimin Messini ala biləcək qədər pulu yoxdur
13.03.2014 - 00:37
Xavi: Heç kimin Messini ala biləcək qədər pulu yoxdur

 

 

“Barselona” futbol klubunun yarımmüdafiəçisi Xavi rəhbərliyin Lionel Messini komandadan buraxmaq fikrində olmadığını bəyan edib. Apasport.az saytının məlumatına görə, o, argentinalı hücumçunun Kataloniya klubuna sadiq olduğunu vurğulayıb.

 

Xavi qeyd edib ki, kimin ən yaxşı futbolçu olduğu ilə bağlı mübahisələr həmişə olub və bundan sonra da olacaq: “Bununla bağlı fərqli fikirlər olacaq. “Mançester Siti” də, digər klublar da Messini əldə etməyə çalışacaqlar. Amma elə bir qiymət yoxdur ki, “Barsa” onun müqabilində Messini buraxsın. Biz hamımız Lionelin klubumuza necə yanaşdığını bilirik”.

 

Xatırladaq ki, bir müddət öncə “Mançester Siti”nin Messinin müqabilində 200 milyon avro ödəməyə hazır olduğu barədə məlumat yayılmışdı.