Həftənin seçmələri: Millimizin oyunu da yaddan çıxmadı
15.10.2014 - 16:01
Həftənin seçmələri: Millimizin oyunu da yaddan çıxmadı

Son 6 gün AVRO-2016-nın seçmə mərhələsinin iki turunun oyunları ilə bütün qitəni diqqət mərkəzində saxladı. Apasport.az saytının məlumatına görə, baş tutan 52 oyun yekunlaşmasına UEFA-nın özü də biganə qalmayıb.

 

Belə ki, qurumun rəsmi saytı “Həftənin seçmələri” rubrikasında baş tutan matçların qəhrəmanlarının adlarını açıqlayıb. Müxtəlif nominasiyalarda futbolçu və komandalar fərqləndirilib.

 

İspaniya – Slovakiya matçı “Həftənin oyunu”, Robbi Kin “Həftənin oyunçusu”, İslandiya “Həftənin komandası” hesab edilib. Ümumilikdə 11 məqamı vurğulayan UEFA rəsmiləri Azərbaycan millisinin oyunlarını da diqqətdən kənar qoymayıb.

 

Oktyabrın 10-da İtaliyaya 1:2, 13-də Xorvatiyaya 0:6 hesabı ilə uduzan yığmamızın yeganə qolunun müəllifi fərqləndirilib. Öz qapısına qol vurmaqla millimizin son topunun müəllifi olan italiyalı Corcio Kyellini “Matçın adamı” nominasiya üzrə həftənin ən yaxşısı olub. Onun iki dəfə İtaliya, 1 dəfə Azərbaycan üçün fərqlənməsi diqqət çəkib.

 

0