Həm Bolqarıstanla, həm də Azərbaycanla oyunda…
07.10.2014 - 18:50
Həm Bolqarıstanla, həm də Azərbaycanla oyunda…

"Qrupdakı ilk oyunda Malta ilə yaxşı oynamadıq. Lakin məqsədimizə çatıb, 3 xalı qazandıq". Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının futbolçusu Dario Srna deyib.  

 

Təcrübəli futbolçu AVRO-2016-nın seçmə mərhələsinin oktyabrın 10-da Bolqarıstan, 13-də Azərbaycanla keçiriləcək oyunlar haqda fikirlərini bildirib: “Komandanın heyətinə bir çox gənc futbolçular cəlb olunub. Təcrübəli oyunçu kimi onlara dəstəyimi əsirgəməməliyəm. Formasını geyindiyim "Şaxtyor" klubunda ukraynalı komanda yoldaşlarım Bolqarıstana qarşı oynayıblar. Onlar bolqarların çox sürətli və yaxşı mübarizə apardıqlarınə deyiblər. Bir sözlə, bizi çətin səfər matçı gözləyir. Bu qarşılaşmadan sonra dogma meydanda Azərbaycanla üz-üzə gələcəyik. Həm Bolqarıstanla, həm də Azərbaycanla oyunda qələbə əldə etsək, AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq yolunda böyük iş görmüş olacağıq”.