Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Tiflisdəki Boris Payçadze adına “Dinamo Arena”dakı qarşılaşmada komandaların statistik göstəricilərini hesablayıb.
Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə təxminən bərabər səviyyəli oyun gedib. Komandalar eyni sayda – hərəyə 12 zərbə vursa da, “Dinamo” daha dəqiq olub. “Qəbələ” isə künc zərbələrində üstün olub.
|
|
Dinamo |
Qəbələ |
|
Qollar |
2 |
1 |
|
Zərbələr |
12 |
12 |
|
Çərçivəyə zərbələr |
6 |
3 |
|
Qeyri-dəqiq zərbələr |
4 |
6 |
|
Dəf olunan zərbələr |
2 |
3 |
|
Dirək və tir |
2 |
0 |
|
Künc zərbələri |
5 |
7 |
|
Oyundankənar vəziyyətlər |
1 |
2 |
|
Sarı vərəqələr |
2 |
2 |
|
Qırmızı vərəqələr |
1 |
0 |
|
Qayda pozuntuları |
11 |
13 |
|
Qatda pozuntusuna məruz qalma |
13 |
10 |