“Qalatasaray” hollandiyalı müdafiəçini heyətinə qatmaq niyyətindədi. Apasport. az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cimbom” arxa xətdəki mövqeyini gücləndirmək üçün “Aston Villa”dan Ron Vlaarı kluba cəlb etmək istəyir.
Uzun müddət zədədən əziyyət çəkən futbolçunun isə “Qalatasaray”a hansı cavab verəcəyi maraq doğurur. İngilislərin baş məşqçisi Tim Şervud indiki halda Vlaarın xidmətindən yararlanmaq istədiklərini açıqlayıb. Çalışdırıcı müdafiəçinin komandasında qalıb-qalmamasından da bəhs edib: “Klubda yoluna davam etməsi və ya çıxıb getməsi ilə bağlı bir araya gəlib danışmalıyıq. Öz karyerası üçün düzgün qərar verəcəyinə ümid edirəm”.
Qeyd edək ki, Ron Vlaar 2012-ci ildən “Aston Villa”nın şərəfini qoruyur. O, ötən il Braziliyada Dünya Çempionatındakı göstərdiyi uğurlu çıxışdan sonra diqqətləri özünə çəkib.