[b]İbrahim Uzunca: Birinci penalti olmasaydı...[/b]
19.10.2014 - 18:30
“Siz də gördünüz ki, penalti olmayan bir epizodda penalti verilincə, oyunçularımız psixoloji olaraq çökdü”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.
Türkiyəli mütəxəssis bu gün Topaz Premyer Liqasının VIII turunda səfərdə “Xəzər Lənkəran”a 0:4 hesabı ilə məğlub olmalarına şərh verib: “Amma oyunçularım yaxşı oynadı. Birinci penalti olmasaydı, hesab belə böyük olmazdı. Hesab edirəm ki, “Xəzər Lənkəran”ın bu 11 metirlik cərmə zərbəsinə ehtiyacı yox idi”.
0
0