İbrahim Uzunca: Getdikcə “Qarabağ”ın gücünü hiss etdik
13.03.2015 - 17:40
“Bu oyunda akademiyanın futbolçularına şans verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.
Ölkə Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”la cavab oyunundan sonra fikirlərini bölüşən türkiyəli çalışdırıcı yetirmələrinin tərəfini saxlayıb: “İlk hissə istədiyimiz kimi alındı. Amma getdikcə “Qarabağ”ın gücünü hiss etdik. Məğlub olsaq da, futbolçularımı təbrik edirəm”.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” matçı qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə: pfl.az
0
0