İbrahim Uzunca: Məğlub duruma düşsək belə, döyüşdük
02.11.2014 - 17:55
“Bu gün komandamız çox yaxşı mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.
Türkiyəli mütəxəssis bu gün Topaz Premyer Liqasının XI turunda səfərdə “Qəbələ” ilə görüşdə 1:1 hesablı heç-heçə qalmalarından danışıb: “Səfərdə qazanılan 1 xal bizim üçün yaxşı nəticədir. Biz hazırlıq dönəmi keçirməmişik. Buna rəğmən, komandamız mübarizə apardı. Məğlub duruma düşsək belə, döyüşdük. Oyunu çirkinləşdirmədik. Yaxşı mübarizə apardıq və səfərdə xal qazandıq. Çətin dönəmdə oyunlara hazırlaşan futbolçularıma təşəkkür edirəm”.(pfl)
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
0
0