İbrahimoviç: PSJ hələ o səviyyədə deyil
22.04.2015 - 16:45
İbrahimoviç: PSJ hələ o səviyyədə deyil

“Realist olmaq və həqiqəti qəbul etmək lazımdı ki, “Barselona” bizdən üstün oynadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç deyib.

 

Çempionlar Liqasında mübarizəni dayandıran Paris klubunun təcrübəli futbolçusu oyundan sonra maraqlı fikirlər səsləndirib. O, PSJ-nin ÇL-də uğur qazanmaq səviyyəsində olmadığını bildirib: “Barselona” qələbəyə layiq idi. Çox güman ki, elə onlar da Çempionlar Liqasının qalibi olacaqlar. O ki qaldı PSJ-yə, ÇL-in kubokunu qazanacaq kollektivi qısa zamanda yaratmaq mümkün deyil. Düzdü, biz son illərdə irəli addımlar ataraq, əla komandaya çevrilmişik. Amma hələ Çempionlar Liqasının qalibi olacaq səviyyədə deyilik”.

 

Qeyd edək ki, 2012-ci ildən “Barselona”nın formasını geyinən İbrahimoviç cari mövsümdə ümumilikdə 31 oyunda 28 qola imza atıb.