İbrahimoviç İtaliyaya qayıdır?
08.05.2015 - 11:30
İbrahimoviç İtaliyaya qayıdır?

“Milan” PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi qaytarmaq fikrindədi. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “qırmızı-qaralar” bununla bağlı artıq təklif də göndərib.

 

“Rossonyerlər”in vitse-prezidenti Adriano Qalliani isveçli forvardın meneceri Mino Rayola ilə görüşüb və şərtlərini bildirib.

 

Lakin italyanlar keçidin baş tutması üçün 33 yaşlı oyunçunun fədakarlıq etməsini gözləyir. Belə ki, hazırda PSJ-də illik 14 milyon avro maaş alan Zlatana italyanlar 7 milyon avro ödəmək iqtidarındadılar. O bunu qəbul edərsə, yeni komandası ilə 3 illik müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Zlatan İbrahimoviç 2010-2012-ci illərdə “Milan”da çıxış edib, PSJ-yə də məhz ordan keçib.