İbrahimoviçin het-triki həlledici oldu
09.04.2015 - 02:42
Çempionatın lideri PSJ, Fransa kubokunda finala yüksəlib. Apasport.az saytının məlumatına əsasən, bunun üçün parislilər “Sent-Etyen”ə 4:1 hesabı ilə qalib gəlib.
Oyunda isveçli hücumçu Zlatan İbrahimoviç het- trik edib və komandasının həlledici mərhələyə çıxmasında başlıca səbəbkar olub. Beləliklə, final qarşılaşmasında son Fransa çempionunun ilə “Oser” münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, mövsümün sonuna az qalsa da, PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib. Üstəlik, yerli çempionatda turnir cədvəlinin zirvəsində mövqe tutub.
0
0