PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin gələcək taleyinə aydınlıq gəlib. Apasport.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, isveçli forvard gələn mövsümü də Paris klubunda keçirəcək.
Bununla bağlı açıqlama verən ulduz futbolçunun meneceri Mino Rayola son hadisələrin Zlatanın qərarına təsir etmədiyini bildirib: “İbrahimoviçi Parisdə hər şey qane edir. Klubda özünü xoşbəxt hiss edir və rəhbərliklə münasibəti əladı. Bu səbəbdən də o, klubunu dəyişmək barədə düşünmür. Son zamanlar baş verənlər və 4 oyunluq diskvalifikasiya onun qərarına zərrə qədər də təsir etməyib”.
Qeyd edək ki, Zlatan İbrahimoviçin yayda “Qalatasaray”a keçəcəyi ilə bağlı xəbərlər dolaşır.