Sabah Topaz Premyer Liqasında II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, X turun qarşılaşmaları eyni gündə keçiriləcək. Bu turda liderlər üz-üzə gələcək, onların ən yaxın 3 izləyicisi isə səfərdə meydana çıxacaq.
Dövrə eyni saatda start götürəcək iki görüşlə başlayacaq. 3-cü yerə şərik olan “Qəbələ” və “Neftçi” səfər matçlarına çıxacaq. I dövrədə rəqiblərini minimal hesabla məğlub edən komandalar ən azı bir neçə saatlıq 2-ci pilləyə yüksəlmək şansına malikdir. Əyalət təmsilçisi tarixində ilk dəfə Naxçıvana səfər edəcək. 8 turdur qalib gələ bilməyən “Araz”-Naxçıvan”la görüşün favoriti olan “Qəbələ” səfərdən itkisiz qayıtmağa çalışacaq.
Qol vurmaq problemi yaşayan, rəqib qapılarına autsayderlərdən də az yol tapan “Neftçi” paytaxt derbisində “Bakı”nı sınağa çəkəcək. Ən yaxşı günlərini yaşamayan sonuncular bu dəfə də sensasiya etməyə çalışacaq.
“Sumqayıt” səfərdə gözlənilmədən məğlub etdiyi “Xəzər Lənkəran”ı qəbul edəcək. Ardıcıl 4 məğlubiyyət alan meydan sahibləri eyni sayda matçı qolsuz tərk etməyən cənubluların qarşısını almağa çalışacaq. Turnir cədvəlindəki qonşuların duelində qalib gələn komanda liderlərə yaxınlaşmış olacaq.
Son turda uduzduqdan sonra mövqeyini xeyli pisləşdirən AZAL “Simurq”u sınağa çəkəcək. 3 oyundur qalib gələ bilməyən bakılılar ardıcıl iki “quru” oyun keçirən zaqatalalıların müqavimətini qırmağa çalışacaq.
Turun mərkəzi oyunu “İnter Arena”da keçiriləcək. Çempionatın iki lideri – “Qarabağ”la “İnter” üz-üzə gələcək. Meydan sahibi olan sonuncular ötən tur əldən verdiyi liderliyi geri qaytarmaq üçün qalib gəlməlidir. Qurban Qurbanovun yetirmələri isə 5 oyunluq qələbə seriyasını davam etdirmək əzmindədir. Kaxaber Sxadadzenin yetirmələri isə ardıcıl 3 heç-heçədən sonra itirdiyi mövqeyini qaytarmaq iddiasındadır. “İnter” son iki görüşdə qol buraxmayıbsa, “Qarabağ” 6 qarşılaşmadır meydanı fərqlənmədən tərk etmir.
X tur
29 oktyabr (çərşənbə)
14:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Naxçıvan Muxtar Respublika stadionu
I dövrədəki oyun – 0:1
14:00. “Bakı” – “Neftçi”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
I dövrədəki oyun – 0:1
16:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
“Kapital Bank Arena”
I dövrədəki oyun – 1:0
17:00. AZAL – “Simurq”
“AZAL Arena”
I dövrədəki oyun – 0:2
18:00. “İnter” – “Qarabağ”
“İnter Arena”
I dövrədəki oyun – 0:0
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
8 |
5 |
2 |
1 |
14-8 |
17 |
|
2 |
İnter |
9 |
4 |
4 |
1 |
20-4 |
16 |
|
3 |
Qəbələ |
9 |
4 |
2 |
3 |
10-11 |
14 |
|
4 |
Neftçi |
8 |
4 |
2 |
2 |
6-7 |
14 |
|
5 |
Simurq |
9 |
4 |
1 |
4 |
13-8 |
13 |
|
6 |
Sumqayıt |
9 |
4 |
0 |
5 |
11-14 |
12 |
|
7 |
Xəzər Lənkəran |
9 |
3 |
2 |
4 |
11-9 |
11 |
|
8 |
Bakı |
9 |
3 |
1 |
5 |
7-19 |
10 |
|
9 |
AZAL |
8 |
2 |
3 |
3 |
7-11 |
9 |
|
10 |
Araz Naxçıvan |
8 |
1 |
1 |
6 |
7-15 |
4 |
Bombardir: Rəşad Eyyubov (Simurq) - 6