Topaz Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran” – “İnter” qarılaşmasını idarə edəcək Elvin Əsgərov mövsümdə 6-cı dəfə çempionat oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, onun fit çaldığı görüşlərdən 1-də meydan sahibləri, 1-də qonaqlar qalib gəlibsə, son 3 görüşdə bərabərlik qeydə alınıb.
Əsgərov son turun “Qəbələ” – “Rəvan” görüşündə diqqət mərkəzinə düşmüşdü. Qonaqları 2 penalti və 1 qırmızı vərəqə ilə cəzalandıran hakim 11 metrlik cərimə zərbələrini dəf edən Lukas Sapelanı jesti üzündən meydandan qovmuşdu. Bu matçadək isə ədalət təmsilçisi cəmi 1 dəfə - meydan sahiblərinin qapısına penalti təyin etmişdi.
Bu gün baş tutacaq oyunadək cəmi 5 dəfə baş hakim kimi meydana çıxan Əsgərov həm “Xəzər Lənkəran”, həm də “İnter”in qarşılaşmasında söz sahibi olub. Hər iki klubun “Rəvan”la səfər oyununda fit çalan hakim fərqli nəticələr qeydə alıb. IV turun paytaxt derbisində “İnter” 5:1 hesabı ilə qalib gəlib. “Xəzər Lənkəran” isə I dövrənin sonuncu - IX turunda xal itirib – 1:1. Lakin həmin görüşdəki idarəçiliyi Əsgərovun Premyer Liqa matçlarından bir müddət uzaq düşməsi ilə nəticələnib. II dövrədə baş hakim kimi güclülər dəstəsi matçına çıxmayan ədalət təmsilçisi bir də XX turda meydana qayıdıb. Bugünkü matçla ilk dövrədə 3 oyun idarə edən, II dövrəni boşa verən Əsgərovun III dövrədəki qarşılaşmalarının da sayı 3-ə çatacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”