İkinci qələbə
18.06.2015 - 07:50
İkinci qələbə

Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci oyununda Estoniya ilə görüşüb.

 

Millimiz bu qarşılaşmada 3:0 hesablı qələbə qazanıb. Yığmamızın heyətində Yaiza Reala, Nigar Cəlilli və Kristina Bakarandze fərqləniblər.

 

Qeyd edək ki, yığmamız turnirin ilk oyununda Qazaxıstan komandası üzərində 2:0 hesablı qələbə qazanmışdı.