İlin ən məhsuldar futbolçuları açıqlandı, Ronaldo Neymardan öndə
06.10.2014 - 15:34
İlin ən məhsuldar futbolçuları açıqlandı, Ronaldo Neymardan öndə

2014-cü ilin ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin arxada qalan 9 ayı ərzində klub və yığma səviyyəsində keçirilən beynəlxalq oyunlarda fərqlənənlərin siyahısını tərtib edib.


Ötən ayla müqayisədə bombardirlər cədvəlində müəyyən dəyişikliklər qeydə alınıb. Lakin Qana millisinin futbolçusu Asamoa Qyan zirvədə qalıb. O, bu il yığmada vurduğu 4, “Əl-Ayn”da (BƏƏ) 12 qolla ümumi hesabda 16 topla 1-cidir. Portuqaliyalı Kriştianu Ronaldo 14 qolla 2-cidir. O, millidə 3, İspaniya “Real”ının heyətində 11 dəfə sevinib. Üçüncü yeri isə Neymar ələ keçirib. Braziliya yığmasının heyətində 9 dəfə fərqlənən hücumçu “Barselona”da 2 qola imza atıb.

 

Qeyd edək ki, tərtib olunan siyahıya milli komanda və qitə kuboklarında üst-üstə ən azı 7 qol vuranlar daxil olub. Cədvəldə 22 oyunçu yer alıb.